27 iyun 2013 00:12
Metallurg - Qarabağ matçı danimarkalı referiyə tapşırıldı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çirçivəsində keçiriləcək “Metallurg” (Skopye, Makedoniya) – “Qarabağ” matçının baş hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Skopyedəki “Filip II” stadionunda baş tutacaq matçı Lars Kristoffersen idarə edəcək.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Baş hakimin köməkçilərinin adı hələ bəlli deyil.
2003-cü ildə hakimliyə başlayan danimarkalı fit sahibi 2005-ci ildən Danimarka çempionatının güclülər dəstəsinin (SAS Liqa) oyunlarına təyinat alır. 41 yaşlı Kristoffersen 2008-ci ildən FİFA referisidi.
Qeyd edək ki, “Metallurg” – “Qarabağ” matçı iyulun 2-də Skopyedə keçiriləcək. Görüşün başlama saatı da məlumdu. Belə ki, bu oyun saat 20:45-də start götürəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
