26 iyun 2013 11:52

“Xəzər Lənkəran güclü olsa da...”

“Xəzər Lənkəran”ın Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi olan Maltanın “Sliema” klubunun prezidenti Keyt Perri püşkatmadan sonra azerisport.az saytının bəzi suallarını cavablandırdı. Onun açıqlamaları ilə sizi də tanış edirik:

“Mənim “Xəzər Lənkəran” barədə məlumatım yoxdu. Rəqibimiz haqda məlumat toplamağa bundan sonra başlayacağıq. Bilirəm ki, Azərbaycanda futbol sürətlə inkişaf edir və hazırda heç də pis səviyyədə deyil”.
 
Prezident öz klubundan da danışıb: “Sliema” az qala hər il avrokuboklara vəsiqə qazanır. Amma komandamız bir mərhələdən artığını keçə bilmir. Rəqibimiz güclü olsa da, biz növbəti mərhələyə adlamağa çalışacağıq. Bizim italiyalı baş məşqçinin rəhbərliyi altında yaxşı təşkilatlanmış komandamız var”.
 
Perri etiraf edib ki, püşkdən o qədər də razı qalmayıb: “Püşkün nəticəsini bizim üçün qənaətbəxş saya bilmərəm. Bizə çox çətin olacaq. Amma hər bir oyunun öz tarixçəsi olur. “Xəzər Lənkəran”la görüşlər də maraqlı olacaq”.

“Sliema”nın prezidenti ölkəmiz haqqında da danışıb: “Azərbaycan haqqında da çox məlumatım yoxdu. Ölkənizi daha çox hər il keçirilən Avroviziya mahnı müsabiqəsindən xatırlayıram. Biz hər il bu müsabiqədə Azərbaycana 12 xal veririk! Soruşun, niyə? Çünki sizin insanlar və mahnılarınız bizim çox xoşumuza gəlir. Mən şəxsən özüm Azərbaycana səs vermişəm”!

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.