27 iyun 2013 00:34
Beşiktaş yeni baş məşqçisini rəsmən açıqladı
Türkiyənin “Beşiktaş” klubu yeni baş məşqçisini rəsmən açıqlayıb. Azerisport.az xəbər verir ki, gözlənildiyi kimi, İstanbul klubunu yeni mövsümdə Slaven Biliç çalışdıracaq.
“Qara qartallar” xorvat mütəxəssisə 4.8 milyon avro maaş verəcək. Belə ki, Biliç 2013/14 mövsümündə 1.5, 2014/15-də 1.6, 2015/16-da isə 1.7 milyon avro qazanacaq.
Qeyd edək ki, Biliçin son klubu Rusiyanın “Spartak” (Moskva) klubu olub. “Beşiktaş”ı isə son mövsümdə Samet Aybaba çalışdırırdı.
