26 iyun 2013 12:05
Metallurg Qarabağı hansı stadionda qəbul edəcək?
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsinin “Metallurg” (Skopye, Makedoniya) – “Qarabağ” matçının keçiriləcəyi məkan müəyyənləşib. Azerisport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Skopyedəki “Filip II” arenasında baş tutacaq.
Qeyd edək ki, bu görüş iyulun 2-də keçiriləcək. Amma qarşılaşmanın dəqiq başlama saatı hələ müəyyənləşməyib. Bu oyunu hansı hakimlərin idarə edəcəyi də hələlik açıqlanmır.
