27 iyun 2013 00:39
İnterin Mariehamnla ilk oyunu litvalı hakimlərə tapşırıldı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “İnter” – “Mariehamn” (Finlandiya) matçının baş hakimi açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.
Qarşılaşmanı litvalı Sergeyus Sliva idarə edəcək. Referinin köməkçilərinin və dördüncü hakimin kimliyi hələ bəlli deyil.
Qeyd edək ki, 33 yaşlı Silva UEFA-nın 3-cü kateqoriyasına daxildi. O, ötən mövsüm Avropa Liqasında “Santa Coloma” – “Osijek” matçını idarə edib.
Maraq üçün bildirək ki, “İnter” – “Mariehamn” matçı iyulun 4-də Bakıda keçiriləcək. Cavab görüşü isə bir həftə sonra Finlandiyada baş tutacaq.
