27 iyun 2013 00:01
Xəzər Lənkəran Maltada otel seçimini etdi (FOTO)
“Xəzər Lənkəran”ın UEFA Avropa Liqasının birinxci təsnifat mərhələsi çərçivəsində Malta təmsilçisi “Sliema” ilə görüş üçün gedəcəyi ölkədə məskunlaşacağı oteli müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, cənub klubu Maltanın ən səviyyəli otellərindən biri sayılan 5 ulduzlu “The Palace Malta” otelində qalacaq.
Adıçəkilən otel əsrarəngiz təbii gözəl mənzərələrlə əhatə olunub.
Xatırladaq ki, “Xəzər Lənkəran” iyun ayının 29-dan 30-na keçən gecə Almaniyanın Bad Gogginq qəsəbəsini tərk edib ilk oyun üçün Maltaya yola düşəcək.
