27 iyun 2013 00:23
Simurq David Petrkeviçə əvəzləyici tapdı (FOTO)
“Simurq” David Petrkeviçə əvəzləyici tapıb. Azerisport.az xəbər verir ki, Zaqatala klubu yenə Polşaya üz tutub.
Belə ki, yeni mövsümdə bu komandanın qapısını elə Petrkeviçin həmyerlisi Pavel Kapsa qoruyacaq. Bu barədə 31 yaşlı qolkiper özü məlumat verib:
“Mənim “Olimpiakos”la (Nikosiya) müqaviləmin müddəti başa çatıb. Yeni müqavilə təklif olundu. Amma problem ondadı i, Kiprdəki maliyyə böhranından sonra burda qalmaq istəmirəm. Polşaya qayıtmağı düşünürdüm. Lakin “Legia”nın təklifi alınmadı. Nəticədə mən Azərbaycandan gələn konkret təklifi dəyərləndirməli oldum. “Simurq”dan təklif alan kimi, bu komandada çıxış etmiş Marçin Burharddan məlumat aldım. Onun sözlərindən sonra klubun təşkilatçılığına, səviyyəsinə qətiyyən şübhəm qalmadı. Mən orda öz ailəmlə yaşamağa hazırlaşıram. Bu üzdən də yəqin ki, özümü tənha hiss etməyəcəm”.
Qeyd edək ki, 1982-ci ildə anadan olmuş Kapsa karyerası ərzində “Ostrowiec”, “Wisla, “Widzew”, “Lechia”, “Alki” klublarında çıxış edib. Onun son klubu isə 2012-ci ildən çıxış etdiyi Kiprin “Olimpiakos” olub.

Kapsa Polşanın U-16, U-17, U-18 və U-21 yığmalarında da forma geyinib.