26 iyun 2013 12:50
Qəbələnin sabiq hücumçusu Hollandiya çempionatında
“Qəbələ”nin sabiq hücumçusu Kollins Con özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Hollandiya çempionatında çıxış edəcək.
Hollandiya yığmasının sabiq üzvü yüksək liqada çıxış edən “Go Ahead Eagles” klubuna keçib. Tərəflər artıq bununla bağlı rəsmi müqavilə də imzalayıblar. Qeyd edək ki, bu komanda cari mövsümdə elitaya yüksəlib.
Sonda onu da bildirək ki, “Qəbələ”də 2011-ci ildə çıxış edən Kollins 2011/12 mövsümündə İranın “Mes Sarcheshmeh” klubunda, son mövsümdə isə İngiltərənin “Barnet” komandasında top qovub.
