27 iyun 2013 00:45
Azərbaycan klubundan təklif aldı, İsrail çempionatına gedir
Portuqaliyanın “Vitoria” klubunun braziliyalı yarımmüdafiəçisi Leonel Olimpio Azərbaycan klubundan təklif alıb. Azerisport.az xəbər verir ki, ona hələ qışda da klublarımızdan dəvət var imiş.
Amma o vaxt 31 yaşlı orta sahə oyunçusu bu dəvətə xüsusi önəm verməyib. İndi isə o, İsrail çempionatında çıxış etməyə hazırlaşır. Portuqaliya mətbuatının iddiasına görə, Olimpio bu ölkədən cəlbedici təklif alıb.
Qeyd edək ki, Olimpio indiyə qədər “Uniao Barbarense”, CRB, “America”, “Ituiutaba”, “Gil Vicente”, “Paços Ferreira” da çıxış edib. 2011-ci ildən top qovduğu “Vitoria”da 45 oyuna 2 qol vurub.
