26 iyun 2013 13:06
AZAL-ın keçmiş futbolçusu Milsami ilə anlaşdı
AZAL-ın sabiq yarımmüdafiəçisi Artur Patraş özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra Moldova çempionatında çıxış edəcək.
O, yüksək liqada çıxış edən “Milsami” klubuna keçib. Tərəflər artıq bununla bağlı rəsmi müqavilə də imzalayıblar.
Sonda onu da bildirək ki, Patraş son üç ayı “Akademiya”da keçirib. Ondan öncə isə bu futbolçu AZAL-da çıxış edirdi.
