26 iyun 2013 13:23
Azarkeşlər avrokuboklarda ən yaxşı nəticəni Neftçi və XL-dan gözləyir
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, avrokubokların yeni mövsümündə hansı klubumuz daha yaxşı nəticəyə imza atacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini diqqətinizə çatdırırıq.
Beləliklə, oxucularımızın əksəri ötən il olduğu kimi, yenə ən yaxşı nəticəyə “Neftçi”nin imza atacağını düşünür. Respondentlərin 41 faizi (1382 səs) məhz bu variantı seçib.
“Xəzər Lənkəran”a da güvənənlər çoxdu. 34 faiz (1157 səs) də bu varianta üstünlük verib.
“Qarabağ”la (23 faiz, 786 səs) “İnter”ə (2 faiz, 68 səs) isə ümid bəsləyənlər nisbətən azdı.
