27 iyun 2013 02:15
AFFA rəsmisi AÇ-2016-nın loqosunun təqdimetmə mərasimində (FOTO)
Xəbər verdiyimiz kimi, ötən gün Fransanın paytaxtı Paris şəhərində 2016-cı ildə təşkil olunacaq Avropa çempionatının loqosunun rəsmi təqdimetmə mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə təşkilatçı qurumun dəvətinə əsasən SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edib.
Qeyd edək ki, SOCAR bu çempionatın, o cümlədən AÇ-2016-nın seçmə mərhələsinin sponsorlarından biridi.
