27 iyun 2013 02:21
Neftçi iyunun sonuna kimi iki hücumçu almağa hazırlaşır
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək son ölkə çempionu “Neftçi” transfer çalışmalarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt klubu iki hücumçu almağa hazırlaşır.
Onların hər ikisi barədə artıq xəbər vermişik. Bunlardan biri kamerunlu Ernest Nfor, digəri isə hollandiyalı Melvin Platyedi.
Nfor artıq bir neçə gündü “Neftçi”nin düşərgəsində məşq edir. O, Avstriya toplanışı çərçivəsində iyunun 28-də keçiriləcək Rusiyanın “Volqa” klubu ilə yoxlama matçında özünü göstərmək imkanına da malikdi.
Melvin Platyeyə gəlincə, ona görə məxsus olduğu Hollandiyanın “Nijmegen” klubu ilə danışıqlar davam etdirilir. “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovdan aldığımız məlumata görə, hər iki oyunçu ilə bağlı vəziyyətə bu ayın sonuna qədər aydınlıq gələcək.
