27 iyun 2013 02:26
Polşa klubu Qarabağın matçını canlı izləmək üçün Bakıya “casus” göndərir
Polşanın “Piast” klubunun nümayəndələri Azərbaycana səfər etməyə hazırlaşırlar. Azerisport.az xəbər verir ki, onların bu səfərdə məqsədi “Qarabağ”ın oyununu canlı izləməkdi.
Qeyd edək ki, “Piast” Avropa Liqasının ikinci mərhələsindən mübarizəyə başlayacaq. Bu komanda “Metallurg” (Makedoniya) – “Qarabağ” matçının qalibi ilə qarşılaşacaq.
Bu üzdən də onlar Bakıda keçiriləcək cavab matçını canlı izləmək üçün ölkəmizə sərfəli aviabilet axtarışına çıxıblar.
