26 iyun 2013 13:48

Ansi Aqolli Neftçinin zəif və güclü tərəflərini albanlara açıqladı

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Albaniya mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, ölkəsinin çempionu “Skenderbeu”nun Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” ilə rəqib olmasından danışıb.
 
- Siz “Neftçi”ni yaxşı tanıyırsız. Sizcə, bu komanda “Skenderbeu” üçün keçiləsi rəqibdi?
- “Neftçi” ardıcıl üç mövsümdü Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanır. Bu, həqiqətən çox güclü komandadı. Onlar avrokuboklarda da oynaya bildiklərini sübut ediblər. Ötən il bu koanda Avroliqanın qrup mərhələsində çıxış etdi. Amma “Skenderbeu” Bakıda müsbət nəticə qazana bilsə, o zaman komandamızın növbəti mərhələyə adlamaq şansı xeyli yaxşılaşacaq.
 
- Bakı klubunun nə kimi güclü tərəfləri var?
- Onların güclü cəhəti yaxşı yarımmüdafiə və hücum xəttinə malik olmalarıdı. “Neftçi”də böyük təhlükəyə malik futbolçular var. Hücum xəttində yaxşı oyunçulara malikdi. Düzdü, komandanın son mövsümdəki bombardiri Nikolas Kanales “Neftçi”dən ayrılıb. Amma braziliyalı hücumçu hələ də qalır (güman ki, Flavinyonu nəzərdə tutur – azerisport.az). O, çox səviyyəli futbolçudu.
 
- Bəs zəif cəhətləri?
- Müdafiədə problemləri var. Bu mövqe ilə bağlı “Neftçi”də son mövsümdə də qeyri-sabitlik diqqət çəkirdi.

- “Skenderbeu”nun futbolçuları hansı azərbaycanlı oyunçulardan daha çox çəkinməlidilər?
- “Neftçi”nin heyətində azərbaycanlı futbolçular da aparıcı rol oynayırlar. Onlar ölkənin yığma komandasında da çıxış edirlər. Legionerləri isə daha səviyyəlidilər. Bu üzdən də fikrimcə, “Skenderbeu”nun oyunçuları Flavinyo ilə Julius Vobayı daha çox diqqətdə saxlamalıdılar. Yerli futbolçulardan isə Araz Abdullayevlə Rəşad Sadiqovu qeyd edərdim.

- Azərbaycanlı jurnalistlər “Skenderbeu” haqda nəsə öyrənmək üçün sizinlə əlaqə saxlayıblar?
- Bəli. Püşkatmadan sonra çoxlu jurnalist mənə zəng edib.
 
- Bəs siz onlara nə dediniz?
- Dedim ki, güclü olana azarkeşlik edəcəm (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.