28 iyun 2013 02:48
İtaliya İspaniyaya yenə də penaltilərlə uduzdu (YENİLƏNİB)
Braziliyada təşkil olunan FİFA Konfederasiyalar Kuboku davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirin yarımfinal mərhələsi çərçivəsində ikinci oyun keçirilib.
B qrupundan maksimum nəticə ilə çıxan İspaniya A qrupunun ikincisi İtaliya ilə qarşılaşıb. Son Avropa çempionatının finalçılarının dueli maraqla gözlənilirdi. Qarşılaşmanın həm əsas, həm əlavə vaxtında qol olmasa da, azarkeşlər güzəştsiz və maraqlı mübarizənin şahidi olublar. Qalibi isə AÇ-nin finalında olduğu kimi, yenə penaltilər müəyyənləşdirib. Maraqlıdı ki, italyanlar bu dəfə də penaltilərlə uduzaraq, finala çıxa bilməyiblər. Nəticədə, Braziliyanın finaldakı rəqibi İspaniya olub.
Qeyd edək ki, digər yarımfinal oyununda da A qrupunu maksimum nəticə ilə qapayan Braziliya B qrupunun ikincisi olmuş Uruqvayla ilə üz-üzə gəlib və 2:1 hesablı qələbə sayəsində finala yüksəlib.
Konfederasiyalar Kuboku
Yarımfinal
27 iyun
İspaniya - İtaliya - 0:0 (penaltilərlə 7:6)
