27 iyun 2013 21:45
Qarabağ Mordoviyadan qisas ala bilmədi (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” bu gün qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun rəqibi yenə də Rusiyanın “Mordoviya” komandası olub.
Qeyd edək ki, “Mordoviya” son mövsümdə Rusiya Premyer Liqasını 16 klub arasında 15-ci pillədə başa vurub və elitayla vidalaşıb.
Maraq üçün bildərk ki, “Qarabağ” ilk sınaq matçını da bu komandaya keçirmiş və 1:3 hesabıyla məğlub olmuşdu. Bu dəfə isə "Qarabağ" bu komanda ilə sülh bağlayıb. Komandamız qələbəni son dəqiqələrdə əldən verib.
Yoxlama oyunu
27 iyun
Qarabağ - Mordoviya - 1:1 (1:0)
Qol: Reynaldo, 28.
