26 iyun 2013 14:35

Ukrayna yığmasının sabiq üzvü Azərbaycan klubuna keçir (FOTO)

“Rəvan” Ukrayna yığmasının sabiq üzvü Aleksandr Yatsenkonu transfer etmək istəyir. Azerisport.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, hazırda tərəflər arasında danışıqlar gedir.
 
Qeyd edək ki, Yatsenkonun son iş yeri Ukraynanın “Qelios” klubu olub. O, bu ilin əvvəlində keçdiyi birinci liqa klubunda 10 oyun keçirib.
 
28 yaşlı müdafiəçi karyerasına 2002-ci ildə Kiyev “Dinamo”sunda başlayıb və 2007-dək əsas komandada 10 oyun keçirib. O, 2005/06 mövsümündə “Xarkov”a (37 oyun, 1 qol), 2007-də “Dnepr”ə icarəyə verilib. 2007-2010-cu illərdə Odessa “Chernomorets”ində çıxış edən (36 oyun) Yatsenko 2010-2011-ci illərdə Ukraynanın “İlliçivets” (27 oyun, 1 qol), 2012-ci ildə Belarusun “Belchina” (28 oyun, 1 qol) klublarında top qovub.
 
Aleksandr 2002-də Ukraynanın U-17, 2004-də U-19, 2005-də U-20, 2003-2006-da U-21 (33 oyun, 4 qol) yığmalarında çıxış edib. “Rəvan”ın istədiyi futbolçu 2004-cü ildə U-19-lar arasında Avropa çempionatında yarımfinal oynayıb, bir il sonra gənclər arasında (u-21) Dünya çempionatında çıxış edib. O, 2006-cı ildə Avropa çempionatında gümüş medal qazanan Ukrayna u-21-nin kapitanı olub.
 
Yatsenko Ukrayna yığmasının DÇ-2006 üçün açıqlanan heyətində zədəli Sergey Federovu əvəzləyib. Lakin Almaniyaya aparılan futbolçu DÇ-nin oyunlarında meydana çıxmayıb. Aleksandr millidəki yeganə oyununu 12 oktyabr 2005-ci ildə Yaponiyaya qarşı keçirib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.