26 iyun 2013 14:59
Braziliyalı qapıçı Azərbaycanda oynamaqdan imtina etdi
Portuqaliyanın “Vitoria” klubunun braziliyalı qapıçısı Duqlas Renato de Jesus Azərbaycan klubundan təklif alıb. Azerisport.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı qolkiperin xidmətində Azərbaycanın adı açıqlanmayan klubu ilə yanaşı, Türkiyə təmsilçisi də maraqlıdı.
Lakin onun meneceri həmin klublarla danışıqlar aparsa da, Duqlas özü daha zəif çempionatlara keçməkdə maraqlı deyil. Belə ki, o, Portuqaliya klubunda qalmaq istədiyini bəyan edib.
Qeyd edək ki, Duqlas Renato karyerası ərzində “Botafogo”, “Iraty”, “Olimpia”, “Sertaozinho”, “Santos”, “Ipatinga” kimi klublarda da forma geyib. 2011-ci ildən etibarən isə o, “Vitoria”da çıxış edir.
