26 iyun 2013 15:55
Pərdis Fərcad-Azad Xəzər Lənkərana keçəsi olmadı
Futbol üzrə Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azadın “Xəzər Lənkəran”a keçidi baş tutmayıb. Azerisport.az xəbər verir ki, sözügedən futbolçu bir neçə gün idi ki, “ağ-yaşıllar”ın Almaniyada təlim-məşq toplanışında iştirak edirdi.
Lakin o, artıq komandanın düşərgəsini tərk edib. Belə ki, “Xəzər Lənkəran” onunla müqavilə bağlamaq istəməyib.
Tərəflər arasındakı danışıqların müsbət yekunlaşmamasına səbəb Pərdisin “Sumqayıt”la müqaviləsinin olmasıdı. Cənublular onu azad agent kimi transfer etməkdə maraqlıydı. Onlar futbolçudan klubla problemini özünün həll etməsini istəyirdilər. Amma o, bunu bacarmadığından, “Xəzər Lənkəran” bu keçidə görə qarşı tərəfə əlavə pul ödəmək istəməyib və nəticədə anlaşma baş tutmayıb.
