26 iyun 2013 16:07
Fransadakı “Azərbaycan klubu” özünə yeni baş məşqçi tapdı
Fransanın “Lens” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu komandanı yeni mövsümdən 49 yaşlı yerli mütəxəssis Antuan Kombuare çalışdıracaq.
Qeyd edək ki, bu mütəxəssis karyerası ərzində PSG, “Strasbourg”, “Valenciennes” və “Al-Hilal” klublarını çalışdırıb. Növbəti mövsümdə isə o, “Lens” klubunu elitaya çıxarmağa çalışacaq.
Maraq üçün bildirək ki, “Lens” hazırda “Bakı”nın prezidenti Hafiz Məmmədovun sponsorluq etmək üçün danışıqlar apardığı klubdu. Bu əməkdaşlıq baş tutacağı halda, bəzi futbolçularımızın məhz sözügedən mütəxəssisin rəhbərliyi altında çıxış etməsi istisna olunmur.
