27 iyun 2013 18:16

DÇ iştirakçısı Azərbaycan klubunda (FOTO)

"Rəvan” yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün baş tutan məşqdə düşərgəyə baxışa gələn ukraynalı müdafiəçi Aleksandr Yatsenko da iştirak edib.
 
Kiyev "Dinamo”sunun yetirməsi olan 28 yaşlı müdafiəçi ölkəsinin adlı-sanlı klubunun əsas komandasında cəmi 10 oyun keçirə bilib. O, daha çox Ukraynada "Xarkov”, "Çernomorets” və "İliçevets”də oynaması ilə yadda qalıb. Belarus "Belşina”sının şərəfini qoruyarkən legioner həyatı yaşayan Yatsenkonun son klubu Ukrayna I divizionunda çıxış edən "Qelios” olub. Aleksandr Ukraynanın demək olar, bütün yaş qrupları üzrə yığma komandalarında oynayıb. 2004-cü ildə U-19-lar arasında Avropa Çempionatında yarımfinalçı olan Yatsenko 1 il sonra FİFA gənclər arasındakı dünya çempionatına qatılıb. 2006-cı il isə onun karyerasının ən yaddaqalan bölümüdür. Belə ki, Saşa əvvəlcə U-21-lər arasındakı Avropa Çempionatında kapitanı olduğu Ukrayna millisi ilə gümüş medal qazanıb. Ardından isə Sergey Fyodrovun zədələnməsindən sonra ölkəsinin əsas millisinin heyətində Almaniyada keçirilən dünya çempionatına aparılıb. Həmin turnirdə meydana çıxmasa da, DÇ həyəcanı yaşamağı çox şeydən xəbər verir. Qeyd edək ki, dünya birinciliyindən sonra Yatsenko da ovaxtki Ukrayna prezidenti Viktor Yuşşenkodan orden alanlar sırasında olub. Andrey Şevçenko, Andrey Voronin, Oleq Qusev, Artyom Milevski, Sergey Rebrov, Anatoli Timoşuk, Ruslan Rotan, Aleksandr Şovkovski, Dmitri Çiqrinski kimi məşhur futbolçularla birgə, ona da III dərəcəli "Rəşadət ordeni” verilib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.