27 iyun 2013 18:24
Rəvanın futbolçuları testdən keçirildi
"Rəvan” yeni mövsümə hazırlıq çərçivəsində bu həftədən etibarən gündə 2 dəfə məşq edir. Azerisport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, səhər hazırlığı ilə axşam məşqi bir-birindən fərqlənir.
Bu gün səhər məşqində futbolçular fiziki hazırlıq üzrə polar-testdən keçirilib. Fiziki hazırlıq üzrə məşqçi Rastislav Svitski ilə klubun həkimi Ceyhun Əliyevin nəzarəti altında oyunçuların fiziki durumu testdən keçirilib. Ümumiyyətlə, səhər məşqi birbaşa fiziki hazırlığın yüksəldilməsinə yönəlib.
