27 iyun 2013 19:24
Elhad Nəziri Petrolulun məşqlərinə qatıldı (FOTO, VİDEO)
Futbol üzrə milli komandamızın üzvü Elhad Nəziri Sloveniyaya yollanıb. Azerisport.az xəbər verir ki, viza problemi üzündən “Petrolul”un hazırlıqlarına qatıla bilməyən və Rumıniyada qalan futbolçu artıq təlim-məşq toplanışında iştirak edir.
Bu gün “Petrolul” Bakı vaxtı ilə saat 23:00-da Sloveniyanın “Maribor” klubu ilə yoxlama oyunu keçirəcək. Elhadın bu oyunda meydana çıxması gözlənilən deyil.
