28 iyun 2013 00:07
Pantiç Bakının oyunçularını ikitərəfli oyunda sımadı (FOTOLAR)
“Bakı” yeni mövsümə hazırlıq prosesi çərçivəsində ötən gün iki məşq keçirməklə təlim-məşqlərini davam etdirib. Azerisport.az xəbər verir ki, axşam məşqi zamanı komanda ikitərəfli oyun keçirib.
Oyunçular “Qırmızılar” və “Ağlar” olmaqla iki komandaya bölünüblər. Matç komandada qalacaq futbolçuları müəyyənləşdirmək xarakteri daşıyırdı. İkitərəfli oyun “qırmızılar”ın 7:1 hesablı inamlı qələbəsilə yekunlaşıb.
