28 iyun 2013 00:19
İnterin rəqibi biabır oldu
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın “İnter” klubunun rəqibi olan Finlandiya “Mariehamn”ı ölkə çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, “bankirlər”in rəqibi HJK ilə üz-üzə gəlib.
Doğma divarlar arasında keçirilən görüş “Mariehamn” üçün rüsvayçı hesabla başa çatıb. Belə ki, Helsinki klubu səfər matçında beş cavabsız qola sevinib.
Qeyd edək ki, “Mariehamn” hazırda 16 oyundan sonra 24 xalla beşinci pillədə qərarlaşıb. Bu komanda iyulun 4-də Bakıda “İnter”in qonağı olacaq. Cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək.
