28 iyun 2013 00:23
Naxçıvan Arazının loqosu müəyyənləşdi (FOTO)
Naxçıvanın “Araz” futbol klubunun yeni loqosu müəyyənləşib. Azerisport.az xəbər verir ki, komanda birinci divizionda mübarizə aparacaq.
Komandanın loqosunda yer alan qalxan Naxçıvanın blokadada olmasına, mətinliklə buna sinə gərməsinə, bir tərəfdə göy, digər tərəfdə yaşıl, ümumi fonda qırmızı rəngin olması Azərbaycan bayrağına, ortadakı Mömünə Xatun türbəsi isə Naxçıvanın əzəmətinə və tarixinə işarədi.
