27 iyun 2013 11:58
İnter - Mariehamn matçının başlama saatı müəyyənləşdi
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “İnter” – “Mariehamn” (Finlandiya) oyununun başlama saatı açıqlanıb. Azerisport.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma saat 21:00-da start götürəcək.
Qeyd edək ki, “İnter” – “Mariehamn” oyunu iyulun 4-də keçiriləcək. Bakı klubu Finlandiya təmsilçisini “Bayıl Arena”da qəbul edəcək.
