28 iyun 2013 00:35
Qarabağın rəqibi heç-heçə ilə razılaşdı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” klubunun rəqibi olan Makedoniya “Metallurg”u növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Skope təmsilçisinin rəqibi Makedoniyanın digər klubu “Teteks” olub.
Qarşılaşma sülhlə başa çatıb – 1:1.
Qeyd edək ki, “Metallurg” iyulun 2-də Skopyedə “Qarabağ”ı qəbul edəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
