28 iyun 2013 00:42
“İnterə qarşı belə oynamaq olmaz”
Finlandiyanın “Mariehamn” klubunun baş məşqçisi Pekka Liiski ölkə çempionatının son turunda ötən gün baş tutan HJK ilə oyundakı darmadağını (0:5) şərh edib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının ilkin təsnifat mərhələsində Azərbaycanın “İnter” klubunun rəqibi olan komandanın çalışdırıcısı bunları söyləyib:
“Biz çox pis oynadıq. Belə böyük hesabla uduzmağa haqqımız yox idi. Azərbaycan “İnter”i ilə belə oynamaq olmaz. Əks halda biz Avropa Liqası ilə elə ilk mərhələdəcə vidalaşmalı olacağıq”.
“Biz çox pis oynadıq. Belə böyük hesabla uduzmağa haqqımız yox idi. Azərbaycan “İnter”i ilə belə oynamaq olmaz. Əks halda biz Avropa Liqası ilə elə ilk mərhələdəcə vidalaşmalı olacağıq”.
