27 iyun 2013 12:57

"Hər şey məşqlərdə kimin özünü necə göstərməsindən asılıdı"

“Bakı”nın yarımmüdafiəçisi Rəşad Abdullayevin azerisport.az saytına müsahibəsi
 
- “Bakı”da nə baş verir? Komanda yollarını ayırdığı legionerləri yeni mövsümün hazırlıqlarına da dəvət edib...
- Milinko Pantiç yeni gəlib və o, kimin gedib, kimin qalacağına özü qərar vermək istəyir. Hər şey məşqlərdə kimin özünü necə göstərməsindən asılıdı. Buna normal yanaşırıq. Çünki o, hələ heç kimi tanımır. Bir var ona kimsə nəsə desin, bir də var ki, özü görüb, bəyənsin. Öz işinə peşəkar yanaşır.
 
- Bəs klubla yenicə müqavilə imzalayan futbolçular buna necə yanaşırlar?
- Normal. Yəqin ki, Əfran İsmayılovla mənim yeni gəldiyimi ona söyləyiblər. Buna baxmayaraq, biz də özümüzü göstərməliyik. Hələ bu klubla bağladımız müqavilə heç nəyi həll etmir.
 
- Pantiçlə işləmək necədi?
- Normal. Zarafat etməyi, gülməyi xoşlayan məşqçidi. Hələlik cəmi iki gündü birgə çalışırıq. Ona görə də çox söz deyə bilmərəm.
 
- Kimlərə daha isti münasibət göstərir: legionerlərə, yoxsa yerli oyunçulara?
- Pantiç elə ilk görüşündən bəyan etdi ki, legioner limiti onun üçün vacib deyil. Kim daha yaxşı hazırlıqlı olacaqsa, onu da oynadacaq. Deyir ki, yerli futbolçular özlərini yaxşı tərəfdən göstərməyi bacarsalar, onlara daha çox üstünlük verəcək.
 
- Avrokuboklardakı dörd klubumuz üçün püşkatmanın nəticəsini necə dəyərləndirərdiniz?
- Kifayət qədər normal püşk alındı. Rəqiblər də idealdı. Dörd klubumuzun hamısı mərhələ keçməlidi. Təmsilçilərimizin hamısı favoritdilər. Sadəcə, zəif hazırlıq prosesi komandalarımıza mane ola bilər.
 
- Məsələn, “Xəzər Lənkəran”ın Maltanın “Sliema” klubu ilə görüşü iyulun 4-dən 2-nə keçirildiyi üçün komanda Almaniyada cəmi bir yoxlama oyunu keçirə biləcək. Sizcə, bu, əlavə problem yarada bilər?
- Öz təcrübəmdən də görmüşəm ki, çoxlu yoxlama oyunu keçirmək ancaq komandaya fayda verir. Bu problemi artıq özləri həll etməlidilər.
 
- Yenidən Makedoniya “Metallurg”u ilə düşən “Qarabağ” haqda nə düşünürsüz?
- Bir dəfə keçiblərsə, bunu yenə bacara bilərlər. Bütövlükdə, keçiləsi rəqibdi.
 
- Albaniyanın “Skenderbeu” klubu Çempionlar Liqasında məhz “Neftçi” ilə düşdükləri üçün sevinirlər...
- Onlar buna sevinirlər? Yəqin ki, onların bizim çempionatdan xəbərləri yoxdu. Deməzdim ki, “Neftçi”yə asan olacaq. Amma məhrələ keçən tərəfin məhz Azərbaycan çempionu olacağını düşünürəm. Rəqibin “Neftçi”nin gücündən xəbərsiz olması da ancaq komandamızın xeyrinədi. Belədə komanda öz futbolunu daha rahat göstərə biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.