27 iyun 2013 20:55
İnter Anjiyə məğlub oldu (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışında olan Bakının "İnter" klubu bu gün hazırlıq prosesi çərçivəsində sonuncu sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “bankirlər” bu ölkədəki 4-cü yoxlama oyununda Rusiya Rremyer Liqasının üçüncüsü “Anji” ilə qarşılaşıb.
Qarşılaşma təmsilçimizin məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, bu qarşılaşmadan sonra "İnter" vətənə dönərək hazırlıqları Bakıda davam etdirəcək.
Xatırladaq ki, “İnter” bundan öncə yerli “SV İnnsburk”a 8:0 hesabıyla qalib gəlib, Rusiyanın “Krasnodar” klubu ilə 0:0, Çexiyanın “Slavia” klubu ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Yoxlama oyunu
27 iyun
İnter - Anji - 0:1 (0:0)
Oyun başladı
"Anji" topa daha çox nəzarət edir. "İnter" isə müdafiə olunur
9. Ruslan Əmircanov sarı vərəqə alır
30. "Anji" demək olar ki, "İnter"i topsuz oynamağa məcbur edir
37. A.Daşdəmirov da sarı vərəqə alır
45. "İnter" hələ ki, rusların təzyiqinə dözür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. "İnter"də A.Daşdəmirovu Şpiçiç əvəzləyib
46. "Anji"də də iki dəyişiklik olub. Loqaşovu Hacıbəyov, Diarranı İonov əvəzləyib
53. "İnter"də daha bir əvəzetmə: M.Alvaronu Flavio əvəzləyir
55. "Bankirlər" fasilədən sonra nisbətən fəaldı. Amma "Anji" yenə üstün oyun nümayiş etdirir
61. İonov dəqiq zərbə ilə hesabı açır - 0:1
67. Şatov sarı vərəqə alır
68. "Anji"də Villianı Ş.Muhammad əvəzləyir
70. "İnter" hesabı bərabərləşdirməyə çalışsa da, demək olar ki, cəhdləri heç bir fayda vermir
79. "İnter"də iki əvəzləmə: Sxadadzeni R.Mansurov, V.Cavadovu S.Zərgərov əvəzləyir
İNTER: 72. Səlahət Ağayev, 18. Ruslan Əmircanov, 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 4. İvan Benites, 5. Slavço Georgiyevski, 14. İlqar Ələkbərov, 8. Mikel Alvaro, 11. Asif Məmmədov, 70. Vaqif Cavadov, 28. Baçana Sxadadze.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 91. Ramil Mansurov, 10. Daniel Genov, 13. Mirhasib Abbasov, 29. Ruslan Cəfərov, 24. Azər Salahlı, 47. Abdulla Abatsiyev, 30. Flavio Bek, 15. Matia Şpiçiç, 96. Elşən Poladov, 6. Samir Zərgərov.
ANJİ: 22. Mixail Kerjakov, 5. Joao Karlos, 15. Arseni Loqaşov, 13. Rasim Tahirbəyov, 37. Everton Almeyda, 6. Mübarak Bussufa, 10. Villian, 8. Jusiley, 16. Karsela Qonsales, 85. Lassana Diarra, 14. Oleq Şatov.
Ehtiyat oyunçular: 1. Vladimir Qabulov, 44. Murad Qurbanov, 70. Yuri Udunyan, 40. Aleksey İonov, 52. Həsən Məhəmmədov, 17. Şərif Muhammad, 94. İslamnur Abdulavov.
