27 iyun 2013 13:23
Neftçinin rəqibi üç itki ilə üzləşdi
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniyanın “Skenderbeu” klubu ciddi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, sözügedən klub Azərbaycan təmsilçisi ilə oyunlarda üç futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Bunların hücumçu Amarildo Dimo, yarımmüdafiəçi Nurudin Orelesi və müdafiəçi Ditmar Biçay olduğu bildirilir.
