27 iyun 2013 13:51
UEFA Avropa Liqasının iki oyununu hakimlərimizə tapşırdı
UEFA azərbaycanlı hakimlərə yeni təyinat verib. Azerisport.az xəbər verir ki, qurum Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 11-də keçiriləcək iki qarşılaşmanı Azərbaycanı təmsil edən FIFA referilərinə tapşırıb.
Belə ki, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası Minskdə Belarusun “Dinamo” və Litvanın “Kruoja” klubları arasında keçirilən matçda ədaləti qoruyacaq.
Rəhim Həsənovun başçılıq etdiyi briqada isə “Libertas”la “Sarajevo” arasındakı oyunu idarə edəcək.
Dinamo (Minsk, Belarus) – Kruoja (Litva)
Hakimlər: Əliyar Ağayev, Vaqif Musayev, Namiq Hüseynov, Vüsal Əliyev.
Libertas (San-Marino) – Sarajevo (Bosniya və Herseqovina)
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Fariz Yusifov.
