27 iyun 2013 14:25
Azərbaycan klublarının istədiyi futbolçunu Zenit aldı
Adı Azərbaycan klubları ilə yanaşı çəkilən Andrey Arşavinin yeni iş yeri müəyyənləşib. Azerisport.az xəbər verir ki, rus ulduz “Zenit”ə dönüb.
Bu barədə Sankt-Peterburq klubunun rəsmi saytı açıqlama yayıb. Açıqlamada Arşavinlə 2 illik müqavilə imzalandığı bildirilib. Futbolçu iyulun 1-də yeni komandasına qoşulacaq.
Qeyd edək ki, Rusiya mətbuatı Arşavinlə “Xəzər Lənkəran”, “Qəbələ”, “Neftçi” və “İnter”in maraqlandığını iddia edirdi.
