27 iyun 2013 14:42
Neftçinin rəqibi bombardiri ilə vidalaşır
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Albaniyanın “Skenderbeu” klubu aparıcı hücumçusu Pero Peyiçi itirə bilər. Azerisport.az xəbər verir ki, 30 yaşlı xorvatiyalı hücumçu Çin klubundan sərfəli təklif alıb.
Komandanın son mövsümdə bombardiri olmuş forvardın yaxın günlərdə yeni klubu ilə müqavilə imlzaması gözlənilir.
