27 iyun 2013 15:07
“Ümid edirəm ki, bu dəfə Qarabağa vuracağım qol Metallurgu növbəti mərhələyə çıxaracaq”
Makedoniyanın “Metallurg” klubunun forvardı Marko Simonovski bəyan edib ki, o, Avropa Liqasının ilk təsnifat mərhələsində qarşılaşacaqları “Qarabağ”la görüşlərdə qol vurmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
“Mən iki il öncə bu komandaya qarşı keçirdiyimiz oyunları xatırlayıram. Biz 1:4 hesabıyla uduzduğumuz görüşdə yeganə qolu mən vurmuşdum. Ümid edirəm ki, bu dəfə vuracağım qol komandamı növbəti mərhələyə çıxaracaq”.