27 iyun 2013 15:26
Azərbaycan Mali ilə başlayıb, İraqla bitirəcək
Bakıda keçiriləcək dünya çempionatında iştirak etməli olan Azərbaycan yığmasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız qrupdakı ilk matçını iyulun 2-də Maliyə qarşı keçirəcək.
Ayın 5-də Nazim Süleymanovun yetirmələrini Kanada ilə görüş gözləyir. Qrup mərhələsinin son oyunu isə iyulun 8-də İraqa qarşı olacaq.
Hələlik yalnız Mali ilə görüşün başlama saatı bəllidi. Bu oyun saat 21:00-da start götürəcək.
