27 iyun 2013 15:54
Qarabağ – Metallurg matçı çex hakimə tapşırıldı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Qarabağ”la Makedoniya “Metallurg”u arasında baş tutacaq cavab matçını idarə edəcək hakim müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA iyulun 11-də keçiriləcək oyunu çex FİFA referisi Radek Matejekə tapşırıb.
Radek Matejekin 40 yaşı var. Çex hakim 2004-cü ildən FİFA referisi statusu daşıyır. O, son olaraq ötən il Avropa Liqasının təsnifat mərhələsində JJK (Finlandiya) – “Stabek” (Norveç) matçını idarə edib. Matejek iyunun 11-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilən Belarus – Finlandiya oyununda dördüncü hakim olub.
Qeyd edək ki, bu oyun iyulun 11-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
