27 iyun 2013 16:13
İnterin yeni transferləri bəlli oldu
“İnter” heyətini yeni futbolçularla gücləndirib. Azersport.az xəbər verir ki, bank klubu Avropa Liqası üçün UEFA-ya təqdim olunan siyahıya İvan Benites, Laşa Salukvadze, Matiya Şpiçiç, Mikel Alvaro, Flavio Bek, Aleksandr İaşvili və Vaqif Cavadovun adını daxil edib.
Vaqif Cavadov (Qarabağ), Mikel Alvaro (Dinamo, Tiflis, Gürcüstan), Matiya Şpiçiç (Sibir, Rusiya), Flavio Bek (Buduçnost, Çernoqoriya) və Aleksandr İaşvilinin (Bohum, Almaniya) transferi əvvəlcədən bəlli idi. Digər iki futbolçu – İvan Benites və Laşa Salukvadze isə bir müddətdi baxışdan keçirilirdi. Görünür, baş məşqçi Kaxaber Sxadadze onlarla bağlı yekun qərarını verib.
İvan Aleksandro Benitezin son iş yeri Cənubi Kiprin “Nea Salamis” klubu olub. 2011-ci ildən bu klubda çıxış edən ispan mərkəz müdafiəçisi 43 oyunda meydana çıxıb. 25 yaşlı futbolçu 2007-2009-cu illərdə İspaniyanın “Las Palmas” klubunun A və B komandalarında çıxış edib. 2009/10 mövsümündə “Barcelona”nın B komandasında 12 oyun keçirən müdafiəçi 2010-da “Atletico”nun B komandasının formasını geyinib – 7 oyun. Benitez 2011-ci ildə Cənbui Kiprin “Doxa” klubunda çıxış edib (10 oyun). O, İspaniya U-19-nun sabiq üzvüdü.
Laşa Salukvadze isə daha məşhur futbolçudu. Onun son klubu “SKA-Energiya” olub. 31 yaşlı gürcü müdafiəçi 2013-cü ildə bu komandada 9 oyun keçirib. Laşa 2000-2004-cü illərdə Tiflisin “Lokomotiv” (86 oyun, 2 qol), 2004-də «Dinamo» (12 oyun, 1 qol) klublarında çıxış edib. 2005-ci ildə “Rubin”ə keçən müdafiəçi 5 il ərzində 91 oyuna çıxaraq 2 qol vurub. Bu müddətdə o, iki dəfə Rusiya çempionluğunu (2008, 2009) və Premyer Liqanın bürünc mükafatını (2010) qazanıb. 2011/12 mövsümündə “Volqa”da Vaqif Cavadovla birlikdə oynayan (15 oyun) futbolçu ötən mövsümün ilk yarısını “Dila”da keçirib (28 oyun, 1 qol).
Salukvadze 2001-2003-cü illərdə Gürcüstan U-21-də çıxış edib (9 oyun). Müdafiəçi 2004-cü ildən çağırıldığı əsas millidə 30 oyuna çıxıb və 1 qol vurub.
