27 iyun 2013 16:23
İnter Avropa Liqası üçün iştirak ərizəsini açıqladı
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “İnter” iştirak ərizəsini UEFA-ya göndərib. Azerisport.az xəbər verir ki, Finlandiyanın “Mariehamn” klubu ilə qarşılaşacaq bank təmsilçisi siyahıya 26 futbolçunun adını daxil edib.
Onlardan İvan Benites, Laşa Salukvadze, Matiya Şpiçiç, Mikel Alvaro, Flavio Bek, Aleksandr İaşvili və Vaqif Cavadov komandanın yayda heyətinə qatdığı futbolçulardı.
Bütövlükdə, “İnter”in siyahısında 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu var.
Qeyd edək ki, iştirak ərizəsində 25 futbolçu olduğundan, “İnter”in gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze iyulun 4-də finlərlə Bakıdakı ilk oyuna qədər 1 nəfərin adını siyahıdan çıxarmalıdı.
Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov;
Müdafiəçilər: 2. Azər Salahlı, 3. Laşa Salukvadze, 4. İvan Benitez, 7. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 15. Matija Spiçiç, 29. Ruslan Cəfərov, 20. Brüs Abdulay, 87. Camal Hacıyev;
Yarımmüdafiəçilər: 5. Slavko Georgiyevski, 8. Mikel Alvaro, 10. Daniel Genov, 11. Asif Məmmədov, 13. Mirsahib Abbasov, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 77. Flavio Bek, 91. Coşqun Diniyev;
Hücumçular: 9. Aleksandr İaşvili, 6. Samir Zərgərov, 17. Ramil Mansurov, 28. Baçana Sxadadze, 70. Vaqif Cavadov.
