27 iyun 2013 16:46
İnterin yeniləri forma seçimini etdilər
“İnter”in yeni futbolçularının forma nömrələri müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandaya gələn kimi kapitan sarğısını ələ keçirən Vaqif Cavadov 70-i seçib.
Vaqifin millidə geyindiyi 7 nömrəli forma “İnter”də Ruslan Əmircanova məxsusdu. Bu səbəbdən forvard “Qarabağ”dakı kimi 70-ə üstünlük verib.
Laşa Salukvadze 3, İvan Benitez 4, Mikel Alvaro 8, Aleksandr İaşvili 9, Matiya Şpiçiç 15, Flavio Bek isə 77 nömrəli formanı seçib.
