27 iyun 2013 16:35
Xəzər Lənkəranla Qarabağ Avropa Liqasına eyni saatda start verəcək
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Sliema” – “Xəzər Lənkəran” matçının başlama saatı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Maltada keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Qeyd edək ki, “Sliema” – “Xəzər Lənkəran” matçı iyulun 2-də Ta-Qali mərkəzi stadionunda keçiriləcək.
Maraq üçün bildirək ki, eyni gündə baş tutacaq “Metallurg” – “Qarabağ” matçı da saat 20:45-də başlayacaq. İki gün sonra keçiriləcək “İnter” – “Mariehamn” oyunu isə 21:00-da start götürəcək.
