27 iyun 2013 17:02
“Neftçi ilə oyunları səbrsizliklə gözləyirəm”
Albaniyanın “Skenderbeu” klubunun yarımmüdafiəçisi Nuridin Orelesi bəyan edib ki, Azərbaycan çempionu “Neftçi” ilə səbrsizliklə gözləyir. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində təmsilçimizin rəqibi olan komandanın üzvü hazırda zədəli olsa da, bu görüşlərdə forma geyəcəyinə inanır:
“Mənə daha 3-4 gün lazımdı ki, komanda ilə məşqlərə başlayım. Çempionlar Liqasında “Neftçi”yə qarşı keçirəcəyimiz oyunları səbrsizliklə gözləyirəm”.
“Mənə daha 3-4 gün lazımdı ki, komanda ilə məşqlərə başlayım. Çempionlar Liqasında “Neftçi”yə qarşı keçirəcəyimiz oyunları səbrsizliklə gözləyirəm”.
