27 iyun 2013 17:28
Qarabağın Avropa Liqası üçün iştirak ərizəsi müəyyənləşdi
Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Qarabağ” sifariş ərizəsini UEFA-ya təqdim edib. Azerisport.az xəbər verir ki, Makedoniyanın “Metallurg” klubu ilə qarşılaşacaq Ağdam təmsilçisi siyahıya 27 futbolçunun adını daxil edib.
Onlardan ikisi yeni futbolçulardı. Belə ki, holland Leroy Corc və gürcü Nikolas Gelaşvilinin adı iştirak ərizəsinə daxil edilib.
Həmçinin “Simurq”la icarə müqaviləsi başa çatan Murad Səttarlı da Avroliqa heyətinə salınıb.
Bütövlükdə, “Qarabağ”ın heyətində 3 qapıçı, 10 müdafiəçi, 9 yarımmüdafiəçi, 5 hücumçu yer alıb.
Qeyd edək ki, iştirak ərizəsində 27 futbolçu olduğundan, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2 nəfərin adını siyahıdan çıxarmalıdı.
Qapıçılar: 1. Fərhad Vəliyev, 12. Osman Umarov, 89. Miro Varvodiç;
Müdafiəçilər: 2. Qara Qarayev, 3. Kamil Hüseynov, 4. Bilal Abbaszadə, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 24. Admir Teli, 25. Ansi Aqolli, 33. Təmkin Xəlilzadə, 44. Eltun Yaqublu, 55. Bədavi Hüseynov;
Yarımmüdafiəçilər: 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 15. Toğrul Bilallı, 16. Leroy Corc, 18. İlqar Qurbanov, 19. Murad Səttarlı, 20. Riçard Almeyda, 27. Elvin Musazadə;
Hücumçular: 11. Nikolos Gelaşvili, 17. Vüqar Nadirov, 21. Tural İsgəndərov, 22. Tural Rzayev.
