27 iyun 2013 17:39
“Düşünmədən razılaşdım”
“Daha çox oynamaq, özümü sübut etmək istəyirdim. Amma son mövsümdə “Bakı”da bu baxımdan işlər istədiyim kimi getmədi. Bu səbəbdən mənə doğma olan komandaya qayıtmaq variantı yarananda düşünmədən razılaşdım”.
Azerisport.az xəbər verir ki, bu sözləri “Rəvan”ın yeni transferi Novruz Məmmədov deyib. “Sarı-qırmızılar”la 2 illik müqavilə bağlayan 23 yaşlı müdafiəçi “Rəvan”n onun üçün doğma olduğunu bildirib:
“Burda həm rəhbərliyi, həm məşqçiləri, həm də texniki personalı yaxşı tanıyıram. Necə də olmasa, 4 il bu şəxslərlə birgə çalışmışıq. Oyunumla komandaya bacardığımın ən yaxşısını verməyə çalışacam. Mənə göstərdikləri etimada görə onlara olan borcumu meydanda qaytaracam”.
