27 iyun 2013 17:47
Qəbələnin yoxlama oyunlarının vaxtı açıqlandı
“Qəbələ”nin Türkiyə toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarının tarixi müəyyənləşib. Azerisport.az xəbər verir ki, baş məşqçi Yuri Syomin 10 gün ərzində dörd sınaq matçı keçirməyə qərar verib.
Belə ki, bölgə təmsilçisi qardaş ölkədə ilk sınaq matçına iyulun 3-də çıxacaq. Həmin gün “Qəbələ” Zaporojye “Metallurg”u (Ukrayna) ilə qarşılaşacaq.
İyulun 7-də Türkiyənin “Trabzonspor”, 10-da “Antalyaspor”, 13-də isə “Mersin İdmanyurdu” klubları ilə sınaq görüşləri planlaşdırılıb.
Qeyd edək ki, “Qəbələ” iyulun 16-da Avstriyada təlim-məşq toplanışının növbəti mərhələsinə start verəcək və bu ölkədə də üç yoxlama matçı keçirilməsi nəzərdə tutulub.
