28 iyun 2013 18:38
Yığmamız Rusiya klubuna iki qol vursa da, məğlub oldu
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Rusiya Birinci divizionunda çıxış edən "Qazovik-Qazprom" klubunun əsas heyəti ilə qarşılaşıb.
Qarşılaşma 3:2 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə yekunlaşıb. Yığmamızın heyətində Ruslan Nəsirli və Coşqun Diniyev fərqlənib.
