28 iyun 2013 19:12
Denis İrvinin Bakıdakı mətbuat konfransı (VİDEO)
Bu gün "Bakcell Arena"da AFFA və Bakcell şirkətinin birgə təşkilatçılığı ilə "Mançester Yunayted" Yay Futbol Məktəbinin Azərbaycanda təşkil olunmuş təlim-məşq toplanışına həsr edilmiş mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Bakcell şirkətinin baş marketinq direktoru Aynur Abjanova, "Mançester Yunayted" klubunun sabiq futbolçusu Denis İrvin, təlim-məşq toplanışına cəlb olunmuş Tamerlan Rizvanovun atası Elşən Rizvanov və qızlardan ibarət "Mingəçevir" komandasının baş məşqçisi İlqar Hüseynov iştirak edib (toplanışda olan 32 uşaqdan biri qızdı və o - Mirzəliyeva Nigar "Mingəçevir" komandasının üzvüdü).
Tədbir iştirakçıları layihənin böyük əhəmiyyət kəsb etdiyini qeyd edib və bu toplanışda iştirak edən uşaqların gələcəkdə Azərbaycan futbolunun inkişafına böyük töhfə verəcəyinə ümid etdiklərini bildiriblər.
