28 iyun 2013 18:53
Skenderbeunun azarkeşləri Neftçi fanatlarını təxribata çəkir (FOTO)
Albaniyanın “Skenderbeu” klubunun azarkeşləri artıq indidən “Neftçi”yə qarşı “hücuma” keçiblər. Azerisport.az xəbər verir ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində təmsilçimizin rəqibi olan bu komandanın azarkeşləri “Facebook”dakı səhifələrində “Neftçi”nin embleminin də yer aldığı şəkildə “ağ-qaralar”ın fanatlarına sataşıblar:
“Nefçi” fanatları, gedin evinizə, siz sərxoşsunuz”.
“Nefçi” fanatları, gedin evinizə, siz sərxoşsunuz”.
Bu azmış kimi, “Skenderbeu” azarkeşlərindən biri “Neftçi”ni plagiatlıqda ittiham edib. O, iddia edib ki, “Neftçi”nin emblemi Albaniyanın “Naftetari” klubundan oğurlanıb. Hətta şəkildə sözügedən klubun 1926-cı ildə yaradıldığı göstərilib. Halbuki, “Naftetari” “Neftçi”dən 8 il sonra, 1945-ci ildə yaradılıb.
